Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Prezidentlərin görüşünün məzmunu barədə məlumat verilmir


İlham Əliyev və Robert Koçaryan Minskə MDB liderlərinin sammitində iştirak edirlər

İlham Əliyev və Robert Koçaryan Minskə MDB liderlərinin sammitində iştirak edirlər

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Robert Koçaryan noyabrın 28-də Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışıqlar aparıblar. Vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, görüşdə ATƏT-in indiki sədri, Belçikanın Xarici İşlər naziri Karel de Quxt və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak ediblər.

Daha sonra Ermənistan və Azərbaycan prezidentləri təkbətək danışıblar.


Vasitəçilər və prezidentlər hələlik görüşün məzmunu barədə açıqlama verməyiblər.


İlham Əliyev və Robert Koçaryan Minskə MDB liderlərinin sammitinə gəlmişdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG