Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:51

Noyabrın 30-da ANS-in boş qalmış tezliyi üzrə tender elan olunacaq


Noyabrın 28-də ondan artıq kütləvi informasiya vasitəsi rəhbəri prezident İlham Əliyevə müraciət edərək ANS telekanalının fəaliyyətinin bərpa edilməsində kömək göstərməsini xahiş edib. Jurnalistin imzaladığı müraciətdə deyilir ki, kanalının fəaliyyətinin dayandırılması haqqında Milli Teleradio Şurasının (MTRŞ) qərarı onlar üçün gözlənilməz olub ümid edirlər prezidentin məsələyə müdaxiləsi kanalın yenidən efirə qayıtmasına səbəb ola bilər.


Telekanalın fəaliyyətinin bərpa edilməsi ilə bağlı noyabrın 28-də millət vəkili, xalq artisti Zeynəb Xanlarova da prezidentə müraciət edib.


Prezident Aparatı İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirir ki, həm yerli, həm də xarici təşkilatlardan gələn müraciətlər MTRŞ-ya göndərilir. Əli Həsənovun sözlərinə görə, bu hüquqi məsələdir, bunu siyasiləşdirmək istəmirlər.


MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bildirir ki, ANS-in lisenziyasının uzadılmaması haqqında qərar hüquqi məsələdir: «Hüquq buna imkan verdiyi üçün biz bu işi gördük. Əgər hüquq imkan verməsəydi bu işi görə bilməzdik. ANS kanalı həmin xəbərdarlıqları və cərimə sanksiyalarını almasaydı, biz heç cür kanalın lisenziya müddətinin uzatmamaq haqqında qərar çıxara bilməzdik».


ANS kanalının bağlanması haqqında qərar noyabrın 24-də çıxarılıb. MTRŞ-dan verilən məlumata görə, noyabrın 30-da Şuranın növbəti iclasında ANS kanalının boş qalmış tezliyi üzrə tender elan olunacaq və müsabiqənin şərtləri açıqlanacaq.


XS
SM
MD
LG