Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Yenidən orduya çağırılan hərbi qulluqçular daha çox pul alacaqlar


İndiyə qədər təqaüd alan hərbçilər yenidən orduya çağırılanda onlara təqaüd ödənilmirdi

İndiyə qədər təqaüd alan hərbçilər yenidən orduya çağırılanda onlara təqaüd ödənilmirdi

Bundan sonra təqaüd alan keçmiş hərbi qulluqçular yenidən orduya çağırıldıqda onlar həm təqaüdlərini, həm də əməkhaqlarını tam şəkildə alacaqlar. Noyabrın 28-də Milli Məclis bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik edib. İndiyə qədər isə ordudan tərxis olunub təqaüd alan hərbi qulluqçular yenidən orduya çağırıldıqda onlara təqaüd ödənilməsi dayandırılırdı.


Həmin qanuna edilən başqa bir dəyişikliyə görə isə təkcə Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatları deyil, keçmiş deputatları da vəfat etdikdə onların ailələri fəaliyyətdə olan deputatın maaşına uyğun deputat təqaüdü alacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG