Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

2007-ci ilin dövlət büdcəsi təsdiq olundu


Noyabrın 28-də Milli Məclis 2007-ci il üçün dövlət büdcəsini təsdiqlədi. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 5 335,7 milyon AZN, xərcləri 5 714,7 milyon AZN olacaq. Dövlət büdcəsinin kəsiri 379 milyon AZN səviyyəsində qəbul olunub ki, bu da 2007-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,7%-i təşkil edir.


Büdcə layihəsi 95 səs leyinə, 3 səs əleyhinə olmaqla, qəbul edilib. Deputatlar həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2007-cı il üçün büdcəsini təsdiqləyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG