Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

Prokuror «Barmek»in əməkdaşlarına 3 ildən 5 ilə qədər cəza istədi


«Barmek» əməkdaşlarının növbəti məhkəməsi dekabrın 1-də olacaq
«Barmek» əməkdaşlarının növbəti məhkəməsi dekabrın 1-də olacaq

Noyabrın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek» şirkətinin 6 əməkdaşı haqqında dövlət ittihamçısı cəza tələb etdi. Dövlət əmlakını mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunan şirkətin Enerji idarəsinin rəisi Ələsgər Ramazanovun və onun müavini Rahib Musayevin ittiham olunduqları dövlət əmlakını mənimsəmə maddəsi sübuta yetmədiyi üçün ləğv edildi. Onlar vəzifə saxtakarlığında günahlandırıldılar. Prokuror cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ələsgər Ramazanovun 5 il, Rahib Musayevin isə 4 il azadlıqdan məhrum edilməsini tələb etdi. Bundan başqa prokuror cəzalarını məntəqə tipli koloniyada çəkməklə şirkətin Sayğac quraşdırma idarəsinin rəisi Elnur Mütəllibovun və onun müavini Firudin Ağayevin 4 il, baş mühəndislər Əhliman Mahmudovla Asəf Əkbərovun isə 3 il azadlıqdan məhrum edilməsini tələb etdi.


İttiham olunanların vəkilləri isə müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu deyirlər.


Dekabrın 1-də keçiriləcək məhkəmə prosesində vəkillər müdafiə nitqiylə çıxış edəcəklər.


Respublika Prokurorluğundan verilən məlumata görə, «Barmek» şirkətinin daha 7 əməkdaşının işiylə bağlı istintaq materialları baxılmaq üçün ilin sonuna qədər məhkəməyə göndəriləcək.


Enerji satışı ilə məşğul olan Barmek Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycanda fəaliyyəti noyabr ayından rəsmən dayandırılıb. Şirkətin bir qrup əməkdaşları barədə dövlət əmlakını mənimsəmə ittihamı ilə 2006-cı ilin martında cinayət işi qaldırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG