Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Naxçıvanda «su çiçəyi» xəstəliyi yayılıb


Naxçıvan Muxtar Respublikasında (NMR) el arasında «su çiçəyi» adı ilə tanınan xəstəlik yayılıb. Əsasən məktəb yaşlı uşaqlar arasında yayılan bu xəstəliyin mövsümü olduğu bildirilir. Xəstəlik tədricən bədənin hər yerinə yaılan yaralar və yüksək tempraturla müşahidə olunur. Həkimlərin dediyinə görə, 7-15 yaş arasında olan uşaqlar «su çiçəyi»nə daha tez yoluxduqları üçün məktəblərdə sürətlə yayılır. Üstəlik, vaksinasiyası mümkün olmadığından xəstəliyin qarşısını da almaq mümkün olmur. Yalnız bəzi qabaqlayıcı müayinələrlə «su çiçəyi»nin yüngül formada sovuşmasına nail olmaq olar.

NMR Uşaq Xəstəxanasının həkimi Şəmsi Əsgərov «su çiçəyi» ilə bağlı xəstəxanaya son zamanlar müraciət edənlərin sayının artdığını bildirir.


XS
SM
MD
LG