Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Pənah Hüseyn söz azadlığı ilə bağlı məsələnin parlamentdə müzakirəsini təklif etdi


Noyabrın 28-də Milli Məclisin iclasında millət vəkili Pənah Hüseyn son zamanlar ölkədə söz azadlığının vəziyyəti və mətbuata olan təzyiqlərlə bağlı məsələnin də müzakirə edilməsini təklif etdi. Lakin spiker Oqtay Əsədov lazım gələndə bu məsələnin parlamentin gündəliyinə salınacağını, hazırda yalnız gələn ilin dövlət büdcəsi layihəsinin müzakirə olunduğunu bildirdi.


Jurnalistlərə brifinq keçirən Pənah Hüseyn deyib ki, bir qrup deputatın bu günlərdə spiker Oqtay Əsədovla baş tutan görüşündə ölkədə söz azadlığının vəziyyəti müzakirə olunub. Cənab Hüseyn deyib ki, parlamentin növbəti iclasında da mətbuata təzyiqlərlə bağlı məsələnin müzakirə olunması üçün təkliflə çıxış edəcək.


Fəaliyyəti noyabrın 24-dən dayandırılmış ANS TV-nin əməkdaşları isə Milli Məclisə buraxılmadılar. Parlamentin nəzarətçiləri bildirdilər ki, teleşirkətin əməkdaşlarının adları jurnalistlərin akkreditasiya siyahısından çıxarılıb, buna görə də onları zala buraxa bilməzlər.



Günün bütün mövzuları

XS
SM
MD
LG