Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

Söz azadlığının müdafiəsi ilə bağlı yeni aksiyalar keçiriləcək


Noyabrın 27-də Söz Azadlığı Müdafiəsinin Koordinasiya Şurası Azərbaycan Demokrat Partiyasının qərargahında qapalı iclasında bundan sonra atılacaq addımlar müzakirə edilib. Əvvəlcədən Şurada təmsil olunan siyasi partiyaların baş verənlərə etiraz əlaməti olaraq fəaliyyətinin müəyyən müddətə dayandırılması barədə məsələnin müzakirə olunacağı bildirilsə də toplantı iştirakçıları başqa qərar veriblər. İclasa sədrlik edən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, toplantıda söz azadlığın müdafiəsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsi, mübarizəyə vətəndaş cəmiyyətinin təmsilçilərinin də cəlb edilməsi bərədə qərar qəbul olunub. Müxtəlif formalı kütləvi aksiyaların keçirilməsi bağlı təkliflərə də müzakirə olunub. Mehman Əliyevin sözlərinə görə Koordinasiya Şurası dekabrın 1-də növbəti toplantısını keçirəcək.


Hüquq müdafiəçiləri, redaktorlar və siyasi partiyaların daxil olduğu Söz Azadlığı Müdafiəsinin Koordinasiya Şurası noyabrın 24-də təsis olunub. Qurum «Xəqani-33»də yerləşən KİV-lərin binadan çıxarılması məsələsinin həlli ilə bağlı yaradılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG