Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

İlham Əliyev Minskə gedib


Prezident İlham Əliyev MDB dövlət başçılarının Minskdə keçiriləcək zirvə görüşündə iştirak etmək üçün noyabrın 27-də Belarusa gedib. «AzərTAc» Dövlət Teleqraf Agentliyinin yaydığı məlumata görə, dövlət başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.


Zirvə görüşü çərçivəsində cənab Əliyevin Ermənistan prezidenti Robert Koçaryanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacağı gözlənilir.


XS
SM
MD
LG