Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

«Qarabağ» «İnter»ə, «Karvan» isə «MKT-Araz»a uduzdu


Noyabrın 26-da futbol üzrə ölkə çempionatında 12-ci turun dörd oyunu keçirilib. İki oyunda iddialı komandalar qarşılaşıb. «Qarabağ» Suraxanı stadionunda «İnter»ə, «Karvan» isə Yevlaxda «MKT-Araz»a 0:1 hesabıyla uduzub. Yeri gəlmişkən, yevlaxlılar son iki il yarımda evdə uduzmamışdı. Lider «Xəzər-Lənkəran» isə səfərdə Qusar «Şahdağ»ını məğlub: 5:1. Daha bir oyunda son çempion «Bakı» Qaxda «Simurq»un müqavimətini qıra bilməyib – 0:0. Turun qalan oyunları noyabrın 27-də keçiriləcək. Hazırda turnir cədvəlinə 26 xalla «Xəzər-Lənkəran» başçılıq edir. «MKT-Araz»la «Karvan» hərəyə 21 xalla 2-3-cü yerləri bölüşürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG