Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Qənimət Zahid xəstəxanadan çıxdı


Baş redaktor bir həftə sonra fəaliyyətini davam etdirəcəyini deyir

Baş redaktor bir həftə sonra fəaliyyətini davam etdirəcəyini deyir

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 27-də səhər saatlarında müalicə aldığı xəstəxanadan çıxıb. 16 gün aclıq aksiyası keçirən baş redaktorun səhhəti pisləşdiyindən o, noyabrın 24-də 5 saylı xəstəxananın reanimasiya şöbəsində yerləşdirilmişdi. Həkimlər reanimasiyadan çıxarılandan sonra onun palataya köçürüləcəyini bildirsə də Qənimət Zahid müalicəsini evdə davam etdirəcəyini istədiyindən xəstəxanada qalmayıb. Hazırda evdə müalicə olunmağa başlayan baş redaktor bir həftə sonra fəaliyyətini davam etdirəcəyini deyir.


Qənimət Zahid noyabrın 9-dan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinin yerləşdiyi «Xəqani-33» ünvanından çıxarılması tələbinə etiraz olaraq aclıq edirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG