Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Təbriz tələbəsinə 11 ay həbs verildi


Mustafa Əvəzpur
Mustafa Əvəzpur
Təbrizin İnqilab Məhkəməsi noyabrın 22-də 24 yaşlı universitet tələbəsi Mustafa Əvəzpuru «pantürkist fəaliyyət»lərdə təqsirləndirərək onu 11 ay həbsə məhkum edib.

Mustafa Əvəzpur İran Azərbaycanında ana dilində təhsil tələbilə sentyabrın 23-də keçirilən aksiyalardan iki gün əvvəl iki yeniyetmə qardaşı ilə birlikdə həbs edilmişdi.


İranın Təhlükəsizlik İdarəsinin (Ettalaat) əməkdaşları onları aksiyaya çağırış elanları yaydıqlarına görə saxlasalar da, bu haqda heç bir sübut əldə edə bilməmişdilər.


Səbəbsiz həbs və işgəncələrə etiraz edən Mustafa Əvəzpur Təbriz şəhər həbsxanasında saxlandığı vaxt aclıq elan etmişdi.


«Amnesty International» onun və qardaşı Məhəmməd Rza Əvəzpurun işgəncə təhlükəsi ilə üzləşdiyinə dair oktyabrın 11-də bəyanat vermişdi.


XS
SM
MD
LG