Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:53

«Azadlıq» və AXCP avadanlıqlarını təmir etdirə bilmədiklərini deyirlər


Azərbaycan Xalq Cəbhəsi Partiyası [AXCP] köhnə qərargahdan Keşlə qəsəbəsindəki yeni qərargaha daşınan avadanlıqlarının təmirə aparılmasına imkan verilmədiyini deyir.

AXCP sədrinin müavini Fuad Mustafayev «Azadlıq» radiosuna bildirib ki, Xaqani-33 ünvandan Keşləyə daşınan avadanlıqların hamısı, əsasən də kompyuterlər köç zamanı yararsız hala salınıb. Onları təmirə aparmaq istəsələr də, yeni qərargahı mühafizə edən polis əməkdaşları buna imkan verməyiblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə deyilənlərin əsassız olduğunu bildirdilər.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədovun bildirdiyinə görə, onlar da öz avadanlıqlarından istifadə edə bilmirlər. O, noyabrın 25-də «Azərbaycan» nəşriyyatına daşınan avadanlıqların təxminən 70-80 faizinin sıradan çıxdığını deyir. Hazırda «Yeni Müsavat» qəzetində bir otaqda çalışdıqlarını deyən cənab Əhmədovun sözlərinə görə, normal fəaliyyət üçün yer tapana qədər hər həftə bir qəzetin ofisində fəaliyyət göstərəcəklər.


XS
SM
MD
LG