Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Müxalifət partiyaları fəaliyyətlərinə fasilə verə bilərlər


«Müxalifət bu cür etiraz formalarından istifadə etmək məcburiyyətindədir»
«Müxalifət bu cür etiraz formalarından istifadə etmək məcburiyyətindədir»
Söz və mətbuat azadlığının müdafiəsi məqsədilə yaradılmış Əlaqələndirmə Şurasına daxil olan partiyalar və informasiya vasitələri fəaliyyətlərinə müvəqqəti fasilə vermək istəyirlər. Onlar bu cür aksiyanı ölkədə son vaxtlar söz azadlığı sahəsində yaranan gərginliklə izah edirlər. Şuraya ölkənin iri müxalifət təşkilatları olan Müsavat, AXCP, ADP, Liberal kimi 10-a yaxın müxalifət partiyası, 50-dən çox ictimai təşkilat, insan hüquqları fəalları, qəzet və informasiya agentliyi daxildir. Şura noyabrın 27-də toplaşıb müvəqqəti olaraq fəaliyyətlərinə ara verilməsi barədə təklifləri müzakirə edəcək.

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu «Azadlıq» radiosuna bildirib ki, onlar indiyə qədər istifadə olunmayan etiraz formalarından istifadə etmək məcburiyyətindədirlər. Çünki müxalifət partiyaları, qəzetlər yerləşdikləri binalardan çıxarılır, müstəqil televiziya bağlanır, jurnalistlər fiziki və mənəvi təzyiqlərlə üzləşirlər. O, deyir ki, noyabrın son həftəsini susqunluq həftəsi elan etmək istəyirlər və ola bilər bu aksiya bir həftə deyil, bir ay davam etsin.


Hələlik bu aksiyaya iqtidar dairələrindən bir reaksiya yoxdur, amma ölkədə söz və mətbuat azadlığına təzyiqlər olması barədə ittihamları hakimiyyət təmsilçiləri rədd edirlər. Həm AXCP və bir neçə media orqanının yerləşdiyi binadan çıxarılması, həm ANS telekanalının bağlanmasını onlar söz azadlığının boğulması deyil, qanun pozuntularına görə atılmış zəruri addımlar hesab edirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG