Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

Gəncənin Natəvan qəsəbəsinin bir qrup sakini magistral yolu bağlayaraq etiraz aksiyası keçirib


Noyabrın 25-də Gəncənin Natəvan qəsəbəsinin bir qrup sakini magistral yolu bağlayaraq etiraz aksiyası keçirib. Sakinlər iki aya yaxındır ki, qəsəbəyə su verilməməsindən şikayətçidirlər. 20 il öncə şəhərin kənarında salınan qəsəbəyə su xətti Gil-Torpaq Kombinatından çəkilib.

Sakinlər həm də qəsəbənin yol problemi olduğunu, bu üzdən də avtobus sürücülərinin qəsəbəyə girməkdən imtina etdiklərini söylədilər. Onlar qəsəbədə məktəb olmamasından da narazıdırlar.


Hadisə yerinə gələn Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər su idarəsinin nümayəndələri qəsəbənin su probleminin həlli üçün Gil-Torpaq Kombinatının rəhbərliyi ilə danışıqlar apardıqlarını və gün ərzində qəsəbəyə 4 saat su veriləcəyini bildirdilər.


Natəvan qəsəbəsinin nəqliyyat problemi də öz həllini tapacaq. Qəsəbə sakinlərinə bu barədə vəd verən şəhər Nəqliyyat Departamentinin rəhbəri Şəmistan Nağıyev dedi ki, noyabrın 26-dan qəsəbəyə 30 dəqiqədən bir marşrut avtobusunun işləməsi təmin ediləcək. O ki qaldı yol və məktəb məsələsinə, şəhər rəhbərliyi sakinləri əmin etdi ki, bu problem də yaxınlarda öz həllini tapacaq.


XS
SM
MD
LG