Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 07:46

«Azadlıq» qəzetinə ayrılan yerdə başqaları oturur


«Azadlıq» qəzeti yerləşdiyi binanı tərk edir, 25 noyabr 2006
«Azadlıq» qəzeti yerləşdiyi binanı tərk edir, 25 noyabr 2006
1 saylı İqtisad Məhkəməsinin qərarı ilə Xaqani küçəsi 33-də yerləşən binadan çıxarılmış «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi və Xalq Cəbhəsi Partiyasının əmlakı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təklif etdiyi ünvanda yerləşdirilsə də, özləri başqa ünvanda fəaliyyət göstərəcəklər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Keşlə qəsəbəsində deyil, Demokrat Partiyasının qərargahında məskunlaşıb, «Turan» İnformasiya Agentliyi isə Binəqədi qəsəbəsindəki yeni ünvana getməyərək, Xaqani küçəsində ofis kirayələməyə qərar verib.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, məhkəmənin qərarı ilə onlara «Azərbaycan» nəşriyyatında ayrılmış otaqlarda başqa qəzetlər fəaliyyət göstərirlər. Nəşriyyat onlardan qəzetlərin çıxarılması üçün təxminən iki həftə vaxt istəyib. Buna görə də qəzet müvəqqəti olaraq «Yeni Müsavat» qəzetinin kompüter mərkəzində işləməli olacaq.


«Azərbaycan» nəşriyyatının baş direktor müavini Allahverdi Məmmədov isə bildirir ki, bazar ertəsindən həmin qəzetlər «Azadlıq»a ayrılmış yerdən çıxarılacaqlar.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinə qarşı 30 min yeni manat icarə haqqının ödənilməsi və yerləşdiyi Xəqani-33 ünvanından çıxarılmasına dair məhkəmə iddiası qaldırmışdı. Qəzet isə bu binanın onlara əvəzsiz və müddətsiz verildiyini bildirirdi.


1 saylı İqtisad Məhkəməsi tərəflərə barışmaq üçün bir həftə möhlət versə də, noyabrın 24-də həmin binada yerləşən təşkilatların çıxarılmasına qərar verib. Qərar dərhal icraya yönəldilərək bina boşaldılıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG