Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:13

Nazim İbrahimov: «Rusiyadakı Gürcüstan azərbaycanlılarının da problemlərini araşdıracağıq»


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaxın üç gündə Rusiyaya yollanacaq nümayəndə heyəti bu ölkədə yaşayan azərbaycanlıların sayını dəqiqləşdirməyə və qeydiyyat problemlərini araşdırmağa çalışacaq. Komitə sədri Nazim İbrahimov noyabrın 24-də mətbuat konfransında bildirib ki, Rusiya hökumətinin qeyri millətlərin ticarətlə məşğul olmasına məhdudiyyətlər qoyması şimal ölkəsində işləyən azərbaycanlılar üçün çətinlik yaradacaq. Bu üzdən də Azərbaycan hökuməti çalışır ki, çox qısa müddətdə onların qeydiyyat problemini yoluna qoysun. Nazim İbrahimovun sözlərinə görə, Rusiya hökuməti iki milyon yarım azərbaycanlıdan 700 mindən çoxunun vətəndaşlığı qəbul etdiyini bildirir.


Komitə sədri deyir ki, Rusiya rəsmiləri ilə danışıqlardan bu qənaətə gəlmək olar ki, hökumət azərbaycanlıları ölkədən çıxartmaq niyyətində deyil. Əksinə onların çətinliklərini həll etməkdə maraqlıdır.


Azərbaycan hökuməti eyni zamanda, Gürcüstandan olan qeydiyyatsız azərbaycanlıların probleminə də diqqət yetirəcək: «Onlar Rusiyadan çıxarılsalar Gürcüstana qayıtmayacaqlar. Azərbaycana gələcəklər deyə indidən problemi həll etməliyik. Ona görə də onların ad qeydiyyat probleminə çalışacağıq».


İlham Əliyevin sərəncamı ilə Rusiya Federasiyasında ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli məqsədilə dövlət komissiyası yaradılıb.


XS
SM
MD
LG