Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

İranın İraqa ixracatının çoxu Azərbaycan ərazisində istehsal edilir


Şərqi Azərbaycan vilayətinin ixracının 22 faizi İraqın payına düşür

Şərqi Azərbaycan vilayətinin ixracının 22 faizi İraqın payına düşür

Səddam Hüseyn rejimi devrildikdən bu yana İranla İraqın siyasi və iqtisadi münasibətləri get-gedə artıb. İranın İraqa ixrac etdiyi malların çoxu isə onun bu ölkə ilə həmsərhəd olan Azərbaycan ərazisindəndir.


Təbriz Ticarət İdarəsinin sədri Sadıq Nəcəfi İranın İLNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, cari il ərzində Şərqi Azərbaycan vilayətinin xarici ölkələrə ixrac etdiyi 1 milyard 300 min dollar məbləğində istehsalatının 22 faizi İraqın payına düşür.


Hazırda İraqda adambaşı orta gəlirin ildə yalnız 3 min 300 dollar olduğunu xatırladan cənab Nəcəfi İraqda vəziyyətin sabitləşdiyi təqdirdə Şərqi Azərbaycan vilayətinin qonşu ölkəyə ixracatının daha da artacağına ümid etdiyini bildirib.


Həmin iqtisadi münasibətlərin gücləndirilməsi məqsədilə noyabrın 23 və 24-ü Təbrizin yerli nümayəndələri ilə görüş keçirən İraqın İqtisadiyyat Mərkəzinin sədri Məhəmməd Çələbi İraqa səfər edən İran tacirlərinin təhlükəsizliyini təmin etmək üçün onlara özəl ticarət vəsiqəsi veriləcəyini bildirib. O eyni zamanda Şərqi Azərbaycanın sənaye və ticarət şirkətlərini tanıtdırmaq məqsədilə bu yaxınlarda İraqın Kərbəla şəhərində sərgi təşkil ediləcəyini söyləyib.


Bu görüşlərdə iştirak edən İraqın Səmavə vilayətinin valisi Məhəmməd Əl-Ehsani isə İraq iqtisadiyyatının bərpa edilməsində Təbrizin sənaye mühəndislərindən yardım istəyib.


İranın İraqa ixracatı cari il ərzində 1.5 milyard dollara yüksəlir. Bunun təxminən 20 faizi -yəni 300 milyon dolları Azərbaycan vilayətlərinin istehsalatıdır. Bu malların çoxu İraqın daha dinc şəraitdə olan şimal məntəqələrinin bazarlarına satılır və şose yolu ilə Təbrizdən Ərbil və Kərkük şəhərlərinə aparılır.


Hazırda İraqın qonşu ölkələrdən etdiyi idxalatın çoxu Türkiyənin payına düşür. Belə ki cari il ərzində bunun miqdarı İraqın İrandan aldığı mallardan dan 5 qat çox olaraq, 7.5 milyard dollara yüksəlib.
XS
SM
MD
LG