Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:23

«Xəqani-33» ünvanı boşaldılmağa başladı


1 saylı Yerli İqtisad Məhkəməsi binanın boşaldılmasına qərarı dərhal icraya yönəldilib
1 saylı Yerli İqtisad Məhkəməsi binanın boşaldılmasına qərarı dərhal icraya yönəldilib

Noyabrın 24-də 1 saylı Yerli İqtisad Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə qarşı irəli sürdüyü iddianı qismən təmin edib. Qərarla, komitənin qəzetdən tələb etdiyi 30 min yeni manat iddia rədd edilib, ancaq məhkəmə nəşrin göstərilən ünvandan çıxarılmasına dair tələbi təmin edib.


«Xəqani-33» ünvanında yerləşən, işdə maraqlı şəxs olan «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» radiosuna deyib ki, onlar qətnamə ilə razı deyillər və bundan Apellyasiya Məhkəməsinə şikayət verəcəklər.


1 saylı Yerli İqtisad Məhkəməsi binanın boşaldılmasına qərarı dərhal icraya yönəldilib.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinə qarşı 30 min yeni manat icarə haqqının ödənilməsi və yerləşdiyi «Xəqani-33» ünvanından çıxarılması tələbinə dair məhkəmə iddiası qaldırıb. Noyabrın 9-dan etibarən isə bir qrup jurnalist buna etiraz olaraq aclıq aksiyasına başlayıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG