Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Barışıq komissiyası komitə ilə razılığa gələ bilməyib


Mübahisəyə dair məhkəmə iclası noyabrın 24-də olacaq
Mübahisəyə dair məhkəmə iclası noyabrın 24-də olacaq
Noyabrın 23-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə «Azadlıq» qəzeti arasında məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi üçün yaradılmış komissiya komitənin sədri Kərəm Həsənovla görüşüb. Bu barədə «Azadlıq» radiosuna komissiyanın üzvü Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə, görüşdə tərəflər hər hansı razılığa gələ bilməyiblər: «Azadlıq» qəzeti hesab edirdi ki, barışığın baş tutması üçün komitə onlara qarşı məhkəmə iddiasından əl çəkməlidir. Ancaq Kərəm Həsənov də bizə bildirdi ki, onlar bu iddiadan geri çəkilmək niyyətində deyillər».

Kərəm Həsənov həmçinin bildirib ki, əgər «Azadlıq» qəzeti və binada yerləşən digər qurumlar onlara təklif edilən yerləri qəbul etmirlərsə, bu məsələni yenidən müzakirə edə bilərlər. Ancaq həmin təşkilatlar Xəqani-33 ünvanında qanunsuz yerləşdiyindən binanı tərk etməlidirlər.


Bir neçə gün əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə «Azadlıq» qəzeti arasında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün komissiya yaradılıb. Komissiyaya Hacı Sabir, Vüqar Səfərli və Qulu Məhərrəmli daxildir.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinə qarşı yerləşdiyi Xəqani-33 ünvanından çıxarılması tələbi ilə iddia qaldırıb. Buna etiraz olaraq noyabrın 9-dan bir qrup jurnalist aclıq aksiyası keçirir.


Mübahisəyə dair məhkəmə iclası noyabrın 24-də 1 saylı Yerli İqtisad Məhkəməsində olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG