Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Millət vəkilinin evinə basqın olub


İlyas İsmayılovun bağ evinə birinci basqın zamanı 6 nəfər həlak olub

İlyas İsmayılovun bağ evinə birinci basqın zamanı 6 nəfər həlak olub

Noyabrın 23-də səhər saat 8.00-9.30 radələrində «Ədalət» Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun yaşadığı Nardaran qəsəbəsindəki bağ evinə basqın olub. «Ədalət» Partiyasının sədr müavini Elxan Şükürlünün «Azadlıq» radiosuna verdiyi məlumata görə, iki nəfər maskalı şəxs evə basqın edərək gözətçisini döyüblər. Basqınçıları görən gözətçi qonşuları köməyə çağırıb. Eyni zamanda, İlyas İsmayılovun sürücüsü işləyən gözətçi Habil Musayev başından ağır zərbələr alıb. Qonşular səsə gələndən sonra basqınçılar qaçıblar. Elxan Şükürlü bildirir ki, Habil Musayev hazırda Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Sabunçu Rayon 14-cü Polis Bölməsində cinayət işi açılıb. Bölmənin rəisi Azər Cahangirov hələlik heç bir versiya irəli sürülmədiyini və istintaq getdiyini bildirib.


İlyas İsmayılovun Nardaran qəsəbəsində yerləşən bağ evinə basqın birinci dəfə deyil. 1992-ci ildə də cənab İsmayılovun bağ evinə edilən basqın nəticəsində ev yandırılmış və 6 nəfər həlak olmuşdu.


Elxan Şükürlü millət vəkili İlyas İsmayılovun artıq bir aydır ki, Almaniyada olduğunu dedi.


Günün bütün mövzuları

XS
SM
MD
LG