Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:27

Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşmədiyi bildirilir


Noyabrın 23-də Belarusda keçirilən MDB Müdafiə Nazirləri Şurasının toplantısı zamanı Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşəcəyi haqda xəbər təsdiqlənməyib. Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Ramiz Məlikov «Azadlıq» radiosuna belə bir görüşün əvvəlcədən planlaşdırılmadığını və noyabrın 23-də nazirlərin görüşmədiyini bildirir.


Rusiya mənbələri MDB-nin icraçı katibi Vladimir Ruşaylo ilə Ermənistanın müdafiə naziri Serj Sərkisyanın bir neçə gün öncə belə bir görüşün keçirilməsi haqda müzakirələr apardıqlarını yazırdılar.


Azərbaycan və Ermənistan müdafiə nazirlərinin birinci görüşü bu ilin oktyabrında ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsülə keçirilmişdi. Görüşdə atəşkəsin pozulması müzakirə edilmişdi. Cənab Kasprşik müdafiə nazirlərinin bu danışıqları davam etdirməsi məqsədilə yanvarda yenidən görüşməyi təklif etsə də, tərəflər hələlik buna münasibət bildirməyiblər.


XS
SM
MD
LG