Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Ermənistanın «tamamlama siyasəti»nin mahiyyəti


«Metzamor» AES Ermənistanın «tamamlama siyasətinin» nöqsanlı cəhətini göstərən nümunədir

«Metzamor» AES Ermənistanın «tamamlama siyasətinin» nöqsanlı cəhətini göstərən nümunədir

Ermənistan Dünya Bankının hesabatına görə ötən il 14 faiz iqtisadi artım nümayiş etdirib və bu MDB ölkələri arasında qeyri-neft sektorunun ən yüksək göstəricisi bilinib. Ölkənin informasiya texnologiyaları sektoru həmçinin sürətlə inkişaf edərək qərb sərmayədarlarını özünə cəlb edir. Xarici siyasətində isə Ermənistan Qərblə Rusiya arasında tarazlı şəkildə hərəkət etməyə çalışır. Ermənistan Xarici İşlər nazirinin müavini Armen Bayburtyan bunu «tamamlama siyasəti» sözləri ilə səciyyələndirib: «Rusiyanın marağı, onunla münasibətlər və onun Ermənistanın Avropaya inteqrasiya siyasətinə yanaşmasına gəlincə, mən deyərdim ki, Ermənistan mükəmməl tamamlama siyasəti yeridir. Həmin siyasətin mahiyyəti ondan ibarətdir ki, Ermənistan regionun baş oyunçularının maraqlarını nəzərə alaraq, ziddiyyətli iti bucaqları düzəltməyi, siyasətinin xüsusi əhəmiyyətli prioritetləri cərgəsinə daxil edib». Misal üçün, Bayburtyanın dediyinə görə, Ermənistanın Rusiya ilə xoş münasibətləri Birləşmiş Ştatlarla möhkəm bağları ilə tamamlanır.



Hər iki ölkənin regionda maraqlarından başqa habelə iri erməni diasporları var. Erməni mühacirlərin hər il vətənə göndərdikləri milyard yarım dollar elə təxminən Ermənistan hökumətinin illik büdcəsinə bərabərdir. Erməni xarici diasporu daha da böyüyə bilər, çünki son rəy sorğusuna görə, respublika sakinlərinin 65 faizi uşaqları üçün Ermənistanda heç bir gələcək görmədiyini deyib.


Bəziləri bunu Ermənistanın demokratiya yolundan dönməsi ilə əlaqələndirir. Ermənistanda seçkilər ildən ilə daha az azadlıq şəraitdə keçirilir və «Sərhədsiz Reportiyorlar» Təşkilatının media azadlığı hesabatında ölkənin adı 102-ci yerə sürüşüb. Korrupsiya göstəricilərinə görə də Ermənistan tutduğu mövqelərdən geri çəkilir, amma hələ də Rusiya ilə Azərbaycandan irəlidədir. Ermənistanla Azərbaycan Dağlıq Qarabağ üstündə müharibə vəziyyətindədirlər. Bu il Azərbaycan müdafiə büdcəsinə 1 milyard dollar ayırıbsa, Ermənistanın bu məbləğin dörddə birinə çətin ki, imkanı çata.


Ermənistan rəsmiləri «Metzamor»un təhlükəsiz olduğunu iddia edərək, onun bağlanma tarixini bir xeyli təxirə salıblar. Ermənistan «Metzamor»u müasir nüvə reaktoru ilə əvəz etmək istəyir, lakin bu layihəni Avropa Birliyi maliyyələşdirmək niyyətində deyil
Amma nazir müavini Bayburtyanı belə vəziyyətdən deyəsən çox da təsirlənmir. Onun dediyinə görə, Ermənistan lazım olan hər şeyi edəcək. Bayburtyan habelə Rusiyanın yardımına arxalandığına işarə edib. Enerji Ermənistanın başlıca qayğı obyektidir. Ölkənin əksər energetika infrastrukturunu təşkil edən «Metzamor» Atom Elektrik Stansiyası, istilik-elektrik stansiyaları və eləcə də elektrik şəbəkəsi bu gün Rusiyanın mülkiyyətindədir.


Enerji sektoru Ermənistanın «tamamlama siyasəti»nin təsiri xaricində olan sahədir. Bayburtyanın dediyinə görə, Ermənistan enerji mənbələrinin müxtəlifliyini təmin etməyə çalışır və ilin sonunda İran qaz boru kəmərinin işə salınması gözlənilir. Lakin qərb rəsmiləri, qazla işləyən elektrik stansiyalarının Rusiyaya məxsus olduğunu əsas gətirərək, bunun əhəmiyyətsiz olduğunu deyirlər. Bir diplomatın dediyinə görə, Rusiyanın Ermənistanda iqtisadi cəhətdən üstünlüyü hərbi iştirakından təhlükəlidir.


Sovet dövründən qalan «Metzamor» Atom Elektrik Stansiyası (AES) «tamamlama siyasətinin» nöqsanlı cəhətini təsvir etmək üçün ən tutarlı nümunədir.


Avropa Birliyi, stansiyanın təhlükəli olduğunu bildirərək, neçə ildir ki, Ermənistana onu bağlaması üçün təzyiq göstərir. Avropa Komissiyasının Tbilisidəki missiyasının rəhbər müavini Robin Liddell bildirib ki, «Madsamor»un bağlanması Avropa Birliyinin Ermənistanla yenicə imzaladığı «Qonşuluq siyasəti» fəaliyyət planının vacib tərkib hissəsidir: «Metzamor» Ermənistanla yeni fəaliyyət planının prioritetlərindən biridir. Bu həm yeni enerji strategiyası, həm də köhnəlmiş avadanlığın ləğvi strategiyasına aid məsələdir. Uzun müddətdir ki, bu məsələ Avropa Birliyi ilə Avropa Komissiyasının başlıca məqsədləri sırasındadır. Ermənistan hökuməti buna əməl etməsi haqda fəaliyyət planında planında öhdəlik götürüb».


Ermənistan rəsmiləri «Metzamor»un təhlükəsiz olduğunu iddia edərək, onun bağlanma tarixini bir xeyli təxirə salıblar, buna görə stansiyanın 2016-cı ildən tez bağlanacağına Avropa Birliyinin artıq ümidi kəsilib. Ermənistan «Metzamor»u müasir nüvə reaktoru ilə əvəz etmək istəyir, lakin bu layihəni Avropa Birliyi maliyyələşdirmək niyyətində deyil. Enerji mənbələrinin çoxşaxəliyi məqsədi ilə Ermənistan istilik və su elektrik stansiyalar şəbəkəsi yaradır. Layihənin əsas elementi İrandan çəkilən qaz kəməridir.


Ermənistan Xarici İşlər Nazirliyinin Siyasi planlaşdırma şöbəsinin rəhbəri Sarmen Bağdasaryan layihəni «tamamlama siyasətinin» parlaq nümunəsi kimi təqdim edir, bu dəfə ABŞ-la İran arasındakı ziddiyyətlər baxımından: «Dünyada Rusiya, ABŞ, Avropa Birliyi və eyni zamanda İranla münasibətləri əla olan bir ölkə çətin ki, tapıla. İki il əvvəl biz Ermənistan-İran qaz kəməri məsələsini dilə gətirəndə hamı deyirdi ki, bu xülyadan başqa heç nə deyil. Amma, budur - kəmər artıq var iki aydan sonra işə salınacaq».


Qeyd etmək yerinə düşər ki, Ermənistanın «tamamlama siyasəti» nədənsə Türkiyəyə münasibətdə gücsüzdür və iki ölkə arasında hələ də diplomatik əlaqələr yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG