Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

Azərbaycanda azad iqtisadi zonalar yaradıla bilər


Azərbaycanda da Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) kimi, azad iqtisadi zonalar yaradıla bilər. Bunun üçün həm BƏƏ-nin, həm də digər ölkələrin təcrübəsi öyrənilir. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin BƏƏ-yə səfərinin məqsədlərindən biri də bu olub. İqtisadi İnkişaf naziri Heydər Babayev jurnalistlərə belə deyib. O, əlavə edib ki, artıq bu zonalarla bağlı beynəlxalq təşkilatlardan da tövsiyələr alınıb və Azərbaycanın coğrafi-iqtisadi durumu nəzərə alınmaqla, təkliflər paketi hazırlanıb və yaxın vaxtlarda Prezident Aparatına təqdim olunacaq.
XS
SM
MD
LG