Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

«Azərenerji» elektrik enerjisinin satış qiymətlərini artırmağı təklif edir


«Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan hökumətinə müraciət edərək, elektrik enerjisinin satış qiymətlərini artırmağı təklif edir. Qurumun vitse-prezidenti Marlen Əsgərovun jurnalistlərə verdiyi məlumata görə, hazırda elektrik enerjisinin 1 kilovatı şirkətə 210 köhnə manata başa gəlir, amma əhaliyə verilən enerjinin satış qiymətləri bundan iki dəfə aşağıdır. Üstəlik, elektrik enerjisi haqlarının yığım səviyyəsi də aşağıdır -54 faiz. Yeni ildən isə, elektrik enerjisi istehsalı üçün istifadə olunan Rusiya qazının da qiymətləri bahalaşacağından, elektrikin maya dəyəri artacaq ki, bu da dövləti əlavə subsidiyalar ayırmağa məcbur edəcək.

Bu arada Rusiya da gələn il üçün Azərbaycana satacağı elektrik enerjisinin qiymətlərini 13 faiz artıracağını bildirib. «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov bildirir ki, Moskva Azərbaycana hər il verdiyi 300 meqavatt əvəzinə, cəmi 60 meqavatt təklif edir. Bu isə qış aylarında Azərbaycanda enerji çatışmazlığına səbəb ola bilər. Cənab Əsgərov deyir ki, bu hal baş verməsin deyə, Azərbaycan İran və Gürcüstanla enerji mübadiləsiylə bağlı danışıqlar aparır.


Günün bütün mövzuları

XS
SM
MD
LG