Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

«Sərhədsiz Reportyorlar» Qənimət Zahidovun səhhətindən narahatdır


Qənimət Zahidov aclıq aksiyasını davam etdirir, 22 noyabr 2006
Qənimət Zahidov aclıq aksiyasını davam etdirir, 22 noyabr 2006
Mərkəzi ofisi Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Mətbuatı Beynəlxalq Müdafiə Təşkilatı aclıq aksiyası keçirən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun səhhətindən narahatlığını bildirib. Təşkilatın noyabrın 22-də yayılan bəyanatında bildirilir: «Cəmiyyətdə azadlığın ən vacib göstəricilərindən biri də orada müxalifət mətbuatının olmasıdır. Azərbaycanda da müxalifət mətbuatı rəsmi mətbuatla eyni şəraitdən faydalanmalıdır. Müstəqil, milli və xarici KİV-lərə, həmçinin müxalifətə qarşı güc tətbiq edilməsi narahatlıq doğurur və bunlar hakimiyyətin cəmiyyəti özünə tabe etmək istəyinin əlamətləridir».

«Sərhədsiz Reportyorlar» bildirir ki, mətbuatın sıxışdırılması kampaniyası son bir neçə həftədə güclənib: «Oktyabrda jurnalist və yazıçı Sakit Zahidov narkotik maddədən istifadə ittihamıyla üç il müddətinə məhkum edilib. «BBC», «Azadlıq» və «Amerikanın səsi» kimi xarici radiolar öz verilişlərini yerli televiziya və radiolar vasitəsilə yaymaq imkanlarından məhrum olmaq hədəsi ilə üzləşiblər. Öz yerlərindən çıxarılmaq hədəsi ilə isə aparıcı müxalifət qəzeti olan «Azadlıq», müstəqil «Turan» İnformasiya Agentliyi üzləşib. Onların sıxışdırılmasına qarşı keçirilən aksiyalar zorakılıqla dağıdılıb. Qənimət Zahidov və bir neçə qəzet redaktoru noybarın 9-dan aclıq aksiyasına başlayıb».


Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, hakimiyyət «Azadlıq» qəzeti və Xəqani-33 ünvanında yerləşən digər KİV və təşkilatlar üçün yer ayıracaq. Cənab Həsənov onu da deyib ki, bu, mülki-hüquq məsələsidir və tərəflərin bir-birinə qarşı iddialarına məhkəmədə baxılacaq.


Bundan əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP, «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinə şəhərin ayrı-ayrı hissələrində yerlər təklif etmişdi.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılması iddiasına noyabrın 24-də 1 saylı Yerli İqtisad Məhkəməsində baxılacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG