Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Beynəlxalq Böhran Qrupu Tbilisiyə 20 tövsiyə verib


Gürcüstan azərbaycanlıları Novruz bayramını qeyd edirlər, 21 mart 2006

Gürcüstan azərbaycanlıları Novruz bayramını qeyd edirlər, 21 mart 2006

Beynəlxalq Böhran Qrupu (BBQ) Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilərlə bağlı hesabat hazırlayıb. Noyabrın 22-də açıqlanan sənəddə bildirilir ki, Gürcüstan hökuməti azərbaycanlı və erməni azlıqlarının kompakt yaşadığı bölgələrdə münaqişənin qarşısını almaq üçün zəruri tədbirlər görməldir. Bu məqsədlə hesabat müəllifləri Tbilisiyə 20 tövsiyə təqdim edib. Həmin tövsiyələr sırasında milli azlıqlara gürcü dilinin tədrisi üçün mükəmməl təhsil sistemi qurulması, dövlət qulluğuna götürülənlərin ayrı-seçkiliyə məruz qalmaması, torpaq bölgüsünün yenidən aparılması da var.

Eyni zamanda, sənəd müəllifləri hesab edirlər ki, dövlət üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, xüsusilə, milli azlıq nümayəndələrinin çoxluq təşkil etdiyi bələdiyyə ərazilərində dövlət işlərinin aparılması üçün azərbaycanlıların və ermənilərin dillərindən istifadəsinə icazə verməlidir. Belə ki, bu, Avropa miqyasında qəbul edilmış standartdır.


BBQ-nın Avropa üzrə program direktoru Nikolas Uaytın qənaətincə, bu imkanları təmin etməklə Gürcüstan hakimiyyəti milli azlıqların kompakt yaşadığı bölgələrdə münaqişələrin səngiməsini və milli azlıqların inteqrasiyasını sürətləndirmiş olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG