Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

«525-ci qəzet» dəki «Azərbaycana İrandan yeni təzyiq dalğası» başlıqlı məqalədə müəllif yazır ki, Azərbaycanda və yaxın xaricdə Azərbaycanla bağlı cərəyan edən son proseslərdə dini motivlərin və bütövlükdə din amilinin xüsusi çəkisinin böyüklüyü artıq heç kəs üçün sirr deyil. Müəllifə görə, axırıncı bir neçə günün neqativ məzmunlu proseslərinin təkcə ölkə daxilində baş verənlərdən qaynaqlanmadığı get-gedə daha aydın şəkildə ortaya çıxır. Artıq məlum məsələdir ki, Azərbaycanda guya islamın əsaslarına zərbə vurulduğu, ölkənin guya islam dəyərlərindən aralanmağa üz qoyduğu barədə səslənən fikirlər yalnız din-iman təəssübkeşliyinə söykənmir. Baş verənlərin üzərindən emosiya pərdəsi qalxdıqca, açıq görünür ki, əslində, bütün bunlar qonşuluqdakı İranın Azərbaycana yönələn daimi təzyiqlərinin növbəti dalğası və yeni təzahür formasıdır.


«Ayna» qəzetində isə «Tehran ölkəmizin daxili işlərinə qarışır» başlıqlı məqalə dərc olunub. Məqalə müəllifi yazır ki, son günlər Bakıda çıxan «Sənət» qəzetində Rafiq Tağının çap olunmuş «Avropa və biz» məqaləsi ətrafında baş verən olaylarda diqqəti çəkən əsas məsələ İranın Azərbaycanın daxili işlərinə müdaxiləsidir. Həmin məqalə ilə bağlı Tehran İrandakı səfirimizdən izahat tələb edib. Müəllifə görə, əslində, burada elə ciddi problem yoxdur. Sadəcə olaraq, Ayətulla rejimi bu kiçik olaydan «fil düzəldərək» Azərbaycanın hakimiyyətinə qarşı siyasi-ideoloji və diplomatik təzyiqlər göstərir. Bu davranışı ilə İran iqtidarı özünü islam dininin yeganə qoruyucusu və təəssübkeşi olduğunu göstərməyə çalışır. Amma heç kəsə sirr deyil ki, bu, elementar avantüradır. Müəllif iddia edir ki, Tehran bununla Azərbaycanı islam dünyasının və İran Azərbaycanındakı mömin türklərin gözündən salmağa cəhd göstərir.


«Yeni Müsavat» qəzetindəki «Dindən dönən gənclərin qərarı pislənir» başlıqlı məqalədə srağagün Azərbaycanın bir qrup gənc ədəbiyyatçısının mənsub olduqları islam dinindən imtina etmələrinə münasibət dərc olunub. Qafqaz Müsəlmanları İdarəsi gənc yazarların islamdan imtinasından təəssüflənmir və narahatlığa da əsas görmür. İdarənin Mətbuat Xidmətinin rəhbəri Hacı Akif Ağayev müxbirlə söhbətdə bildirib ki, həmin gənclər islamın mahiyyətindən heç vaxt xəbərdar olmayıblar. Professor Kamil Vəli Nərimanoğlunun olaya münasibəti isə daha sərtdir: «İmtina edirlər, etsinlər. Onlar nə vaxt islamda olublar ki? Onların bəhanələri ümumiyyətlə, məntiqsizdir. Bu cür hallara qarşı mübarizə aparılmalıdır ki, hamı düz yola qayıtsın. Dindən imtina etməklə, əslində, dini pərdə altında fəaliyyət göstərənlərə meydan verirlər»,- deyə professor bildirib.


«Şərq» qəzetindəki «Mü­sa­vat­da İsa Qəm­bə­rə qar­şı de­marş baş­la­yır» başlıqlı məqalədə bildirilir ki, vax­ti­lə təş­ki­la­tın ikin­ci şəx­si sa­yı­lan, par­ti­ya­da apa­rı­lan son is­la­hat­la­rın nə­ti­cə­sin­də sta­tu­su xey­li aşa­ğı dü­şən Vur­ğun Əy­yub, gö­rü­nür, Arif Ha­cı­lı­nın İc­ra Apa­ra­tı­nın rəh­bə­ri tə­yin olun­ma­sın­dan son­ra su­sa bil­mə­di. Na­ra­zı da­nış­maq və öz fi­kir­lə­ri­ni da­ha çox tən­qid üzə­rin­də qur­maq növ­bə­si­nə in­di də o ke­çib. Özü də cənab Əyyubun da­nışıqları bir­ba­şa İsa Qəm­bə­rə yö­nə­lik­dir, əs­lin­də, bu­nu onun Mü­sa­vat baş­qa­nı­na qar­şı de­mar­şı da he­sab et­mək olar. Mə­sə­lə bu­ra­sın­da­dır ki, Vur­ğun Əy­yub bu za­ma­na ki­mi, hət­ta bir qrup par­ti­ya nü­ma­yən­də­si­nin Sül­həd­din Ək­bər­lə bağ­lı na­ra­zı­lıq­la­rı ya­ra­nan­da da, İsa Qəm­bə­rin ba­rə­sin­də heç bir tən­qi­di fi­kir­də ol­ma­yıb. Am­ma in­di və­ziy­yət də­yi­şib və Vur­ğun Əy­yub Arif Ha­cı­lı ilə bağ­lı at­dı­ğı ad­dı­mı­na gö­rə, baş­qa­nın əleyh­da­rı­na çev­ri­lib. O, açıq şə­kil­də bil­di­rib ki, İsa Qəm­bə­rin gö­tür­dü­yü kurs düz­gün de­yil və Mü­sa­va­tın zi­ya­nı­na­dır.


XS
SM
MD
LG