Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Livanın Sənaye naziri sui-qəsdin qurbanı oldu


Livanın Sənaye naziri sui-qəsdin qurbanı oldu. Agentliklərin təhlükəsizlik orqanlarına istinadla verdiyi xəbərə görə, nazir Pyer Gemayılın maşını və müşayiətçiləri Beyrut yaxınlığındakı El Fil Məhəlləsi ilə irəliləyərkən yaraqlılar onu atəşə tutublar. Cənab Gemayıl xəstəxanaya çatdırılsa da onun həyatını xilas eləmək mümkün olmayıb. Keçmiş prezident Amin Gemayılın oğlu Pyer Gemayıl «Falanq» Partiyasının lideri və parlamentdəki Anti-suirya çoxluğun tərəfdarı idi. Bu xristian lideri «Hizbullah»la mübarizədə tanınmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG