Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06

Şeyx aclığı dayandırmaqla bağlı müraciət etdi


Şeyxin müraciətində müddətsiz aclığın Allahın iradəsinə zidd olduğunu bildirilir

Şeyxin müraciətində müddətsiz aclığın Allahın iradəsinə zidd olduğunu bildirilir

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə 13-cü gündür ki, müddətsiz aclıq edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və digərlərinin aclığı dayandırması üçün müraciət edib. Şeyx müraciətində «Azadlıq» qəzetinin demokratik fikrini formalaşmasında və Azərbaycanın müstəqilliyinin qazanılmasında rolu olduğunu vurğulayıb. Baş redaktora müraciətdə müddətsiz aclığın intihara cəhd və Allahın iradəsinə zidd olduğunu bildirilir.


Aclıq edənlər dini rəhbərin müraciətini yüksək qiymətləndirsələr də, problem həll olunmayanadək aksiyanın dayandırmayacaqlarını bəyan ediblər.


Noyabrın 21-də millət vəkilləri, partiyalar, qeyri-hökumət təşkilatları, ziyalı və hüquq müdafiəçilərinin iştirakı ilə Azad Sözü Müdafiə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin üzvlərindən biri «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, qurum «Azadlıq» qəzetini müdafiə məqsədilə kütləvi aksiyalar və başqa tədbirlər keçirəcək.


Prezident Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə hesab edir ki, bu qurum Xalq Cəbhəsi Partiyasının istəyi ilə yaradılıb və buna jurnalistləri, qeyri-hökumət təşkilatlarını qatmaq lazım deyil: «Azərbaycanda azad sözün qarantı hökumətdir. Heç bir qurum yaratmağa ehtiyac yoxdur». Şöbə müdiri deyir ki, məhkəmənin qərarından asılı olmadan «Xaqani 33» ünvanında yerləşən qurumların hamısı yerlə təmin olunacaq: «Onlara bəzi yerlər təklif olunub və bəyənməsələr başqa ünvanlar da göstəriləcək».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzeti və başqa KİV-lərin «Xəqani-33» ünvanındakı binadan çıxarılması tələbinə etiraz olaraq noyabrın 9-dan aclıq aksiyası başlanılıb. Həkimlər müddətsiz aclıq edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin hər an komaya düşəcəyini bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG