Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Azərbaycanda mobil rabitə bazarına girmək neçəyədir?


"Haray", Munk. Şerif. Karikatura.
"Haray", Munk. Şerif. Karikatura.

Ölkə parlamenti bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğlərinə dəyişiklik etməyə hazırlaşır. Bəzi rüsumlar bir neçə dəfə aşağı salınır. Bunun sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və əlverişli biznes mühitinin yaradılmasından ötrü edildiyi bildirilir. Ancaq, kəskin artan rüsumlar da var.

Yanvarın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət rüsumu haqqında” qanuna bununla bağlı təklif edilən dəyişikliklər müzakirə olunub.

Dərman ticarətinə lisenziya 1000 manat...

Buna da bax:​ Vaxtında lisenziya verməyənlərə cəza veriləcək

“Turan” Agentliyi xəbər verir ki, dərman ticarətçilərinə rüsum azaldılır.

Dərman vasitələrinin satışı ilə məşğul olmaq məqsədi ilə lisenziyaya almaqdan ötrü 1000 manat dövlət rüsumu ödənilməsi təklif olunur. Hazırda bu rüsum 5500 manatdır.

Məktəbəqədər təhsil müəssisələrinin lisenziya qiyməti də 2500-dən 1250 manata endiriləcək.

Bundan başqa, baytarlıq preparatlarının istehsalına görə lisenziyanın da ucuzlaşdırılması təklif olunur - 3000-dən 1500 manata.

Buna da bax: 'Kiçik və orta biznes ucuz maliyyədən məhrumdur'

Layihədə bəzi fəaliyyətlərə görə, dövlət rüsumlarının məbləğinin artırılması da təklif olunur. “Dövlət rüsumu haqqında” qanunun hazırda qüvvədə olan mətnində ən yüksək dövlət rüsumu 22 min manatdır.

Mobil rabitə bazarına girmək - 1 milyon manat!

Dəyişiklik təklifində isə ən yüksək məbləğ 1 milyon manat nəzərdə tutulub. Mobil rabitə bazarına girmək istəyənlər 1 milyon manat rüsum ödəməlidir.

Televiziya və radio yayımı üzrə dövlət rüsumlarının məbləğləri də artırılır.

Buna da bax:​ Rabitə sektoruna dair Yol Xəritəsi açıqlandı

Təkliflər qəbul olunarsa, ümumrespublika televiziya yayımından ötrü 50 min, Bakı üzrə 22 500, region üzrə isə 1500 manat ödəniləcək. Habelə, ümumrespublika radio yayımına 2500, Bakı üzrə 1250, regional radio yayımına isə 500 manat ödəmək lazım gələcək.

Bu məbləğlər hazırda qüvvədə olan rüsumlardan çoxdur.

Layihə rüsumların ödənilməsi qaydasına da dəyişiklikləri nəzərdə tutur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG