Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

Musiqili Teatr Təbrizdə görüşlər keçirir


Azərbaycan Dövlət Musiqili Teatrı Təbrizdə.
Azərbaycan Dövlət Musiqili Teatrı Təbrizdə.

İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının qonağı olan Azərbaycan Dövlət Musiqili Teatrı Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində görüşlər keçirib.

Teatrın Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, apreldə İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçirilməsi barədə razılıq əldə olunub.

Ölkənin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi qarşılıqlı tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin daxil olduğunu açıqlayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Təbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib: «Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq».

Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Məhəmmədgur iki ölkə arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini vurğulayıb. «Dünənlə bu gün arasında körpü olan bu əlaqələrin gələcəkdə də genişlənməsi dövrün, zamanın tələbidir», - deyə Məhəmməd Məhəmmədgur söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG