Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Qazın qiyməti yenə qalxa bilər


Foto illüstrasiya
Foto illüstrasiya

«Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır».

APA-nın xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

«Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir», - deyə vitse-prezident bildirib.

Manatın devalvasiyasının SOCAR-a əlavə zərər yaratdığını deyən S.Qasımov bildirib ki, ölkə daxilində tələbatı ödəməkdən ötrü alınan qaza görə gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür:

Buna da bax-Elektrik borcları gəldi, Bakı sakinlərinin çoxu limitini keçib

«Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizminin işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin, hələlik, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək».

XATIRLATMA

Tarif Şurası ötən il noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətlərini qaldırmışdı. Həmin qərarda qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmirdi. Qiymət bir kubmetrə görə mövcud 10 qəpik səviyyəsində saxlanılırdı.

İllik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün isə bir kubmetrə görə qiymət 20 qəpik müəyyən edilmişdi. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minməli idi.

Lakin sonradan Tarif Şurasının qərarına cüzi dəyişiklik edildi. Yəni, əhali həmin tarixdən 1500 yox, 1700 kubmetrdən çox olan hissə üçün bir kubmetrə görə 20 qəpik ödəməli oldu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG