Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından istefa verdiyini bildirib


Muğam ifaçısı Nəzakət Teymurova.
Muğam ifaçısı Nəzakət Teymurova.

Sənətçi "Yeniçağ" saytına özəl açıqlamasında bir də ayağını həmin teatra qoymayacağını və opera səhnəsinə çıxmayacağını bildirib:

“Öz ərizəmlə işdən getmişəm. Bunun üçün öz səbəblərim var. Heç vaxt kiməsə ixtiyar vermərəm və kiməsə şərait yaratmaram ki, məni işdən azad eləsin. Görəndə ki, o yerdən getmək lazımdır, ərizəmi yazdım və getdim. İndən belə heç vaxt məni səhnədə Leyli kimi görməyəcəksiniz. Yalnız lent yazılarında bunu görə bilərsiniz. Qoy opera səhnəsində başqaları çıxış etsin. Başqa deyəcəyim yoxdur”.

Qeyd edək ki, N.Teymurova 21 ildir ki, “Leyli və Məcnun” operasında ən çox sevilən Leylilərdən olub. O eyni zamanda “Gəlin qayası” və digər operalarda aparıcı partiyaları ifa edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG