Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 21:44

Prezident Naxçıvanda yeni stansiyanın təməlini qoyub


İlham Əliyev və Vasif Talıbov.

İlham Əliyev və Vasif Talıbov.

Prezidenti İlham Əliyev yanvarın 11-i Naxçıvana səfəri çərçivəsində muxtar respublika Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına inşa olunan yaşayış binasının açılışında iştirak edib.

Xəbəri AZƏRTAC yayıb.

Yeddimərtəbəli yaşayış binası 2 və 3- otaqlı olmaqla 48 mənzildən ibarətdir.

Ölkə başçısı Əlahiddə Ümumqoşun Ordusunun «N» saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında da iştirak edib. O, 900 yerlik yataqxanada əsgərlərin məişət şəraiti ilə tanış olub.

Buna da bax:​ 2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olubmuş

PREZİDENT CULFA VƏ ORDUBADDA

Dövlət başçısı Culfa rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasiminə də qatılıb.

O, bundan əvvəl isə Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. O, Araz çayı üzərində yerləşəcək. Stansiyadan ötrü tutumu 1.5 milyon kubmetr olan su anbarı da inşa olunacaq.

Buna da bax: Naxçıvanda 1 manat qazanıb, 5 manat xərcləyirlər

Prezidentin Naxçıvan səfəri başa çatıb

Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına orada görülən işlərlə bağlı məlumat verilib.

Buna da bax:​ Naxçıvan-Məşhəd qatarına bilet 40 İsveçrə frankıdır

Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 460 şagirdin təhsil aldığı məktəbdə 59 müəllim çalışır.

Sonra dövlət başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb, mərasimdə çıxış edib.

Bununla da dövlət başçısı İlham Əliyevin Naxçıvan səfəri başa çatıb.

O, elə bu gün, yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına getmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG