Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 21:44

Angelina Jolie və Brad Pitt qərar verdi: "Boşanma gizli aparılacaq"


Amerika aktyorları Angelina Jolie və Brad Pitt.

Amerika aktyorları Angelina Jolie və Brad Pitt.

Amerikalı film ulduzları Angelina JolieBrad Pitt boşanma işlərini gizlin aparmaqla bağlı qərar qəbul ediblər.

Bu Angelino Jolie və Brad Pittin aralarındakı məişət münaqişələri üzündən boşanmağa qərar verdikləri 15 sentyabrdan bəri birlikdə yaydıqları ilk bəyənatdır. Jolie və Pitt cütlüyü "Associated Press" xəbər agentliyinə yolladıqları bəyanatda bildiriblər ki, boşanma işlərinin detallarını gizli saxlamaqla bağlı qərar veriblər. Onlar uşaqlarının boşanma dövrünü keçmələri və ailələrinin müəyyən günlərdə görüşmələri ilə bağlı da birlikdə hərəkət etmələri ilə bağlı razılaşıblar. Təqribən on ildir birlikdə olan və 2014-cü ildən bəri evlənən cütlük üç doğma üç də övladlığa götürdükləri uşaqları ilə bir evdə yaşayırdılar. Onlar sentyabr ayında boşanmaq qərarına gələndən sonra uşaqları ilə bağlı valideynlik hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmişdi, ancaq Jolienin vəkili 8-15 yaş arasında olan uşaqların valideynlik hüquqlarının anada qalması ilə bağlı razılıq əldə etdiklərini bildirmişdi.

Buna da bax: Angelina Jolie və Brad Pitt ayrılır

Xatıladaq ki, Los Angeles Uşaq və Ailə Xidmətləri təşkilatı Brad Pittin sentyabr ayında təyyarədə 15 yaşı oğlu ilə birgə uçarkən oğluna qarşı zorakılıq etdiyi ilə bağlı şikayət almış, aparılan təhqiqatlar nəticəsində bununla bağlı hər hansı sübut tapılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG