Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Məhbus qadınların hicab problemi


Müsəlman qadınlar özünümüdafiə dərslərində. 16dek2016. New York City. Foto: Spencer Platt/Getty
Müsəlman qadınlar özünümüdafiə dərslərində. 16dek2016. New York City. Foto: Spencer Platt/Getty

Kaliforniyanın Lonq Biç şəhərinin polisi öz siyasətində dəyişiklik edib. İndi məhbuslar həbsdə istədikləri dini baş örtüyünü geyinə biləcəklər. Bu qərar hicabının zorla çıxarıldığını iddia edən bir müsəlman qadının iddiasından sonra verilib.

Kirsty Powell adlı bu qadın 2015-ci ilin mayında həbs edilib. Bütün etirazlarına və hicabın onun dini inancının bir hissəsi olduğunu deməsinə baxmayaraq, baş örtüyü çıxarılıb.

Buna da bax:​ Hicablı tələbə prezidenti necə pərt etdi...

ÖRTÜKLƏR ALINMAYA BİLƏR

Ancaq ötən ay Lonq Biçin polis departamenti öz siyasətini dəyişib.

“Həbs olunmuş şəxs dini baş örtüyü taxırsa, əməkdaşlar, təhlükəsizlik maraqlarının başqa cür diktə etmədiyi halda, onun bu davranışına imkan verməkdən ötrü bütün məntiqli tədbirləri görməlidirlər”, – deyə polis departamentinin sözçüsü Marlene Arrona bildirib.

Lonq Biçin polis rəisi Robert Lunanın əmrində həbsdən dərhal sonra çəkilən fotolar barədə bir şey deyilmir. Sənəddə qeyd olunur ki, həbsxana işçiləri məhbusların baş örtüyü vasitəsilə özlərinə xəsarət yetirə biləcəklərini düşünərlərsə, bu örtüklər onlardan alına bilər.

Buna da bax: Fransa naziri burkini qadağası barədə

“Sözün düzü, həmin şəxsin ağlını itirmiş, yaxud potensial şəkildə sui-qəsdə meylli olduğu hallardan başqa, baş örtüyünün götürülməsini təsəvvür edə bilmirəm", – Lonq Biçin həbsxana inzibatçısı Tom Behrens deyib.

TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ

Bu il məhkəmə iddiasının açıqlanmasından sonra polis departamenti bildirib ki, onların qaydalarının əsasında təhlükəsizlik amili dayanır. Onun sözlərinə görə, Powell-in hicabının götürülməsi də bununla bağlıdır.

“Polis departamentinin vəzifəsi öz nəzarətində olan bütün insanları mühafizə etməkdir. Məhbusların qorunması ilə bağlı qaydalardan biri də həbsxanada saxlanma müddətində müəyyən əşyaların məhbusda qalmasına icazə verməməkdir. Bu əşyalara kəmərlər, qalstuklar, ayaqqabı bağları və baş örtükləri daxildir", – deyə açıqlamada vurğulanır.

Buna da bax:​ Bolqarıstanda niqab qadağası sual doğurur

Ancaq departament öz qaydaları ilə bağlı dini qruplarla məsləhətləşəcəyini də bildirib.

“Polis departamenti icma ilə əməkdaşlığından qürur duyur. Biz ...mədəni xüsusiyyətlər barədə bilgilənmək məqsədiylə yerli dini liderlərlə işi davam etdirəcəyik", – açıqlamada deyilir.

“BU, DƏHŞƏT İDİ”

Ancaq Powell ilkin bəyanatında özünün "çılpaq" qoyulduğunu deyib.

Buna da bax: Danimarkada qadın məscidi açıldı. İmam qadın: "Hicab taxmıram"

"Hiss etdiklərimin heç kəsin başına gəlməsini istəmərəm, bu, dəhşət idi", – o deyib.

Bu, polisin, şikayət nəticəsində baş örtükləri ilə bağlı qaydalarına dəyişiklik etdiyi ilk hal deyil.

Miçiqan ştatında bir məhkəmə şikayətindən sonra da polis departamenti həbsxanada saxlanma müddətində baş örtüyünün geyilməsinə icazə vermişdi. Bu ilin əvvəlində açıqlanmış yeni qaydalara görə, müsəlman qadınlar üzərlərində axtarışın qadın zabitlər tərəfindən aparılmasını, axtarış zamanı otaqda kişilərin olmamasını da tələb edə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG