Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Bakı Rusiyanın silah oyununa getməlidirmi?


Rusiyanın Ermənistana verdiyi "İskander" raketi
Rusiyanın Ermənistana verdiyi "İskander" raketi

Rusiyanın baş nazirinin müavini Dmitri Rogozin Bakıya gəlib,Rusiya-Azərbaycan birgə komissiyasının iclasında iştirak edir. Rogozin Rusiyada hərbi-sənaye kompleksi məsələrinə baxdığı üçün belə ehtimallar səslənir ki, Rusiya İsrail Baş nazirinin Bakı səfərindən sonra nigarandır. İndi Yerevana verdiyi “İskander”lərin qarşısını kəsmək üçün Bakıya da S-400 kompleksləri təklif edəcək.

Bakı Moskvanın Ermənistanla silah oyunlarının girovuna çevrilmirmi?

Azərbaycan bu silah alınması oyunlarına getməlidirmi? Azərbaycan Rusiyadan milyardlarla dollar silah aldı, Rusiya Ermənistana bircə “İskanderi” verməklə Azərbaycanın bu üstünlüyünü heçə endirdi. İndi yenə Azərbaycana nəsə satacaqlar, sabah Ermənistana ondan da yaxşısını verəcəklər. Ara yerdə Azərbaycanın milyardları gedir.

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, Rusiya maliyyə imkanları geniş olan alıcısını əlindən buraxmaq istəmədiyindən baş nazirin müavini Rogozini Bakıya göndərib. Ekspert deyir ki, onun səfəri sırf Rusiyanın maraqlarının təminidir.

Üzeyir Cəfərli silah alışı və satışı məsələsində Azərbaycanı diqqətli və ehtiyyatlı olmağa çağırıb.

Üzeyir Cəfərli:"Rusiya "yağlı" alıcını əldən buraxmaq istəmədiyindən Rogozini Bakıya göndərib"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, Azərbaycan az ölkələrdəndir ki, burda qarşı-qarşıya gələn ölkələr əməkdaşlıq mühitindədirlər. Ekspert bildirir ki, elə silahlar var ki, bunu Rusiyadan almaq Azərbaycana hərtərəfli sərf edir.

Emin Həsənlinin fikrincə, Azərbaycan öz marağında olan siyasət yeridir. Yəni, silah satanlar maraqlı ola bilər, son qərarı isə Azərbaycan verir.

Emin Həsənli: "elə silahlar var ki, bunu Rusiyadan almaq Azərbaycana hərtərəfli sərf edir"
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Rogozinin səfərinin İsrailin baş nazirinin Bakı səfərinə cavab reaksiyası saymağın tərəfdarı deyil.

Deputat silah bazarında Rusiya və İsrail Azərbaycan uğrunda yarış qurublar kimi təxminləri bölüşmədiyini bildirir.

Zahid Oruc: "Rogozinin səfəri Netanyahunun Bakı səfərinə cavab deyil"
Gözlə

No media source currently available

0:00 0:07:36 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG