Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:42

"Reket" jurnalistlərlə niyə DTX məşğuldur?


arxiv
arxiv

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı daha bir “reket” jurnalist tutulub". - son günlər "reketçi" jurnalistlərlə bağlı xəbərlər bu cümlə ilə başlanır.

Ancaq sual olunur ki, bu işlə niyə DTX məşğuldur? Bu o qədərmi əhəmiyyətli dövlət təhlükəsizliyi məsələsidir?

Yox, əgər DTX-nın iştirakı belə vacibdirsə, deməli, bu "reketçi" jurnalistlərin arxasında çox nüfuzlu adamlar və ya qurumlar dayana bilər.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, reketçiliklə məşğul olanlar hüquq mühafizə orqanları tərəfindən cəzalandırılıb, məhkəmə önünə çıxarılmalıdır.

Ekspertin fikrincə, son baş verənlər isə göstərir ki, Azərbaycanda bu günə qədər reketçiliklə məşğul olanlar heç də sıradan bu işlə məşğul olanlar deyil, bunların kifayət qədər bağları var.

Ələsgər Məmmədli bildirir ki, reketçiliklə məşğul olanların qarşısını almaq üçün ilk növbədə bu sferanı yaşadan mənbələr qurudulmalıdır.

Ələsgər Məmmədli: " heç də sıradan bu işlə məşğul olanlar deyil..."
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00
Direct-ə keçid

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirir ki, "Dövlət Təhlükəsizlik Xidmətinin bu işlə məşğul olması mənə də çatmır."

Jurnalist bildirir ki, əslində bu işi Daxili İşlər Nazirliyi aparmalıdır. Onun sözlərinə görə, bu, sahə müvəkkili səviyyəsində görülməli olan bir işdir.

Elçin Şıxlı deyir ki, bu reket strukturlarını yemləyən - məmurlardır. Jurnalistin fikrincə, görünür bu həbs edilənlərin arxasında o qədər yüksək dərəcəli məmurlar durub ki, bu işlə DTX məşğuldur.

Elçin Şıxlı:"DTX-nın bu işlə məşğul olması mənə də çatmır..."
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Azərbaycan Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə Mətbuat Şurası həmin KİV-lərin adını 2010-cu ildə qara siyahıya salıb.

Müşfiq Ələsgərli deyir ki, qara siyahıya salma Mətbuat Şurasının verdiyi rəylər arasında son mərhələdir. Jurnalistlərin Həmkarlar İttifaqının sədri bildirir ki, son günlər həbs olunan şəxslərin fəaliyyətinin KİV-ə aidiyyatı yoxdur. Çünki bu adamlar jurnalistikadan başqa hər işlə məşğul olurdular.

Müşfiq Ələsgərlinin sözlərinə görə, Mətbuat Şurasına 2010-cu ildən sonra həmin şəxslər barədə şikayət edən vətəndaşlara məhkəməyə müraciət etmək tövsiyyə olunurdu. Vətəndaşlar məhkəməyə müraciət etdikdən bir qədər sonra şikayətlərini geri götürürdülər. Müşfiq Ələsgərli deyir ki, araşdıranda məlum olurdu ki, onlara təzyiqlər olurmuş. Sonda məlum oldu ki, bunların arxasında MTN-in ifşa olunan qrupu dayanırmış.

Müşfiq Ələsgərli: "Sonda məlum oldu ki, bunların arxasında ..."
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG