Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Deputat: 'İşsizlərə müavinət verilməlidir'


Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

Azərbaycan Milli Məclisinin dekabrın 8-i keçirilən iclasında «Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcəsi» layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra irad və təklif səsləndiriblər.

APA-nın xəbərinə görə, deputat Rafael Cəbrayılov bildirib ki, indiki çətin iqtisadi böhran şəraitində işsiz ailələrə ünvanlı sosial yardımın verilməsi təmin edilməlidir: «Elə ailələr var ki, evinə əməkhaqqı daxil olmur. Bu cür ailələrə kömək etmək lazımdır. Çünki ölkədə işsizlik problemi var».

RAYONLARDA NİSYƏ DƏFTƏRİ…

Deputat Qüdrət Həsənquliyev bildirib ki, ünvanlı sosial yardımların verilməsində neqativ hallar var. O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb:

Buna da bax-2 günlük büdcə!

«Amma bu məsələ reallaşmadı. Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə, ciddi narazılıqlar yaranar. Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimumuna çatdırılsın, heç olmasa, 135 manat olsun. Rayonlarda sosial problemli ailələr çoxdur. Rayonlarda, kəndlərdə mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur. Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın».

Fazil Mustafa
Fazil Mustafa

İŞSİZLƏR ARTIR…

Deputat Fazil Mustafa da deyib ki, ölkədə işsizliyin səviyyəsi artır: «Pay torpaqlarına malik vətəndaşların böyük əksəriyyəti öz torpaqlarından istifadə etmir. Bunlar da gizli işsizlər ordusunda yer alırlar. Tikinti sektorunda çalışanların da böyük hissəsi bu sıradadır. Ödənişsiz məzuniyyətə göndərilənlərin əksəriyyəti işsiz qalıb. İşsizlik ölkəmiz, milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir. İşsizlik nəticəsində kriminal sahəyə və narkomaniyaya axın olur. Ona görə də, orta aylıq əməkhaqqı bizi aldatmamalıdır».

BİR MƏKTƏBLİ UŞAĞIN AYLIQ XƏRCİ 300-400 MANAT

F.Mustafa diqqəti uşaqların xərclərinə yönəldib:

Buna da bax-Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

«Bir uşağın təminatı üçün lazım olan ərzaq və digər vəsaitlər o qədər bahadır ki, ailə bunun öhdəsindən gələ bilmir. Çox sayda xəstə uşaq var ki, valideynləri vəsait tapıb onları müalicə edə bilmirlər».

Hazırda ehtiyac meyarı 105 manatdır. İndi onun 116 manata qaldırılması gözlənilir. Minimum əməkhaqqının isə 155 manata qaldırılması gözlənilir. İndi bu məbləğ 136 manatdır.

YAP-çı deputat məmur villaları haqda danışır
Gözlə

No media source currently available

0:00 0:09:11 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG