Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Azərbaycanlı muzey direktoru beynəlxalq medal aldı


Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev
Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev

Mədəniyyət və Turizm nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevi “Fəxri professor” medalına layiq görüb.

Dekabrın 6-da Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevə medalın təqdimedilmə mərasimi keçirilib.

Buna da bax:​ Beynəlxalq Muzeylər Günü qeyd edilir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Krofts Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalını Çingiz Fərzəliyevə təqdim edib.

Cənab səfir Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi qiymətləndirib. Daha sonra səfir Çingiz Fərzəliyevin beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu sahədə əldə etdiyi uğurlardan söz açıb.

Çingiz Fərzəliyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib və Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” adını daşımasından ikiqat iftixar hissi keçirdiyini vurğulayıb.

Buna da bax: Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi olacaq

Çingiz Fərzəliyev 2014-cü ildə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin təsis etdiyi “İncəsənətdə görkəmli şəxs” mükafatına layiq görülmüşdü.

O, Milli İncəsənət Muzeyinə həsr olunmuş “Azərbaycan rəngkarlığı antologiyası”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi” və “Azərbaycan el sənəti” monoqrafiyalarının, “Natürmort”, “Mənzərə”, “Portret” və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” silsiləsinin də müəllifidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG