Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Azərbaycan Amerikaya nə sata bilər?


Bakı bazarı
Bakı bazarı

Azərbaycan öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün kifayət qədər potensiala malikdir.

Bunu ABŞ Ticarət Katibinin (nazirinin) Avropa, Yaxın Şərq və Afrika üzrə köməkçisinin müavini Michael Lally Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu imkanlar“Azərbaycana yeni investisiya gətirə bilər.”

O, əlavə edib ki, “amerikalı iş adamlarının Azərbaycana marağı artmaqdadır". ”Biz bunu müşahidə edirik və bu istiqamətdə işləyirik”. “Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər”.

Lally xüsusilə hər iki ölkənin özəl sektorları arasında əməkdaşlıq razılaşmasını qeyd edib.

Xatırladaq ki, Michael Lally ABŞ Ticarət nazirliyində ABŞ şirkətlərinin regiondakı iştirakı ilə ticarət siyasəti və inkişaf məslələrinə baxır.

İT VƏ KƏND TƏSƏRRÜFATI

Bəs Azərbaycan hansı sahələrdə ABŞ-la əməkdaşlığı genişləndirə bilər? Lally İT və aqrar sahənin adını çəkib:“Azərbaycan İnformasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində ABŞ-la əlaqələri genişləndirə bilər”.

ABŞ rəsmisi xatırladıb ki, iki ölkənin iqtisadi əməkdaşlığının 25 illik tarixi var və əməkdaşlıq genişlənməkdədir: "Bizim enerji sahəsində nailiyyətlərimiz var, hazırda neft sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparırıq".

Onun sözlərinə görə, Azərbaycandakı Amerika Ticarət Palatası iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün 16 tövsiyədən ibarət təkliflər paketi hazırlayıb.

M. Lally misal çəkib ki,Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır: “Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir”

2017-ci il planlarına toxunan Lally deyib ki, “mart ayında ABŞ-da tədbir keçiriləcək. Bu tədbir ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyətinin nəticəsində mümkün olub. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbir olacaq. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya, şaxələndirməsiyasətidir. Bu məqsədə çatmaq üçün üçün müəyyən işlər görülməlidir”.

Lally ABŞ-laAzərbaycan arasında birbaşa hava nəqliyyatının olmasının vacibliyini də vurğulayıb, deyib ki, bu, özü-özlüyündə əlaqələrin inkişafı üçün vacib amildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG