Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

İran rəsmisi: "ABŞ-ın sanksiyaları uzatması nüvə sazişinin pozulmasıdır"


 Bahram Ghasemi

Bahram Ghasemi

“ABŞ-ın İrana qarşı sanksiyaların müddətini uzatması, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişinin pozulması deməkdir”.

Bunu İran Xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasımi bəyan edib.

“ABŞ Konqresinin İrana qarşı sanksiyaların müddətini uzatması, nüvə sazişinin pozulması deməkdir. Biz bu barədə, sazişin yerinə yetirilməsini izləyən komitəmizə məlumat verəcəyik”,deyə Qasimi bildirib.

ABŞ Senatı dekabrın 4-də İrana qarşı sanksiyaları 10 il uzadıb. Senatorların əksəriyyəti bu qanun layihəsinin ğlehinə səs verib. İndiki prezident Barack Obamanın yanvarın 20-də qanun layihəsini təsdiqləyəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ bu ilin yanvarında nüvə fəaliyyətinə görə İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

İrana qarşı sanksiyalar 20 il bundan əvvəl tətbiq edilmişdi.

Məqsəd Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG