Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:41

Ermənistan prezidenti Serzh Sarkisianla ABŞ-ın vitse- prezidenti seçilmiş Mayk Pens ( Mike Pence) arasında telefon söhbəti olub.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, telefon söhbəti ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər yeni ABŞ administrasiyası dövründə istər siyasi, istərsə də iqtisadi sahələrdə mövcud olan ikitərəfli münasibətlərə yeni təkan veriləcəyini qeyd ediblər.

Məlumata görə, söhbət zamanı regional problemlər də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG