Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanın məhkəməsinin vaxtı bəlli olub. Gənc fəalın işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 9-u, saat 10-a təyin olunub. Bu haqda AzadlıqRadiosuna Elgiz Qəhrəmanın vəkili Fariz Namazlı məlumat verib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

E.Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E.Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG