Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

Ermənistanın müdafiə nazirliyi Azərbaycan tərəfinin məlumatını təkzib edir


Foto arxiv

Foto arxiv

Ermənistanın müdafiə nazirliyi təmas xəttində 1 Ermənistan əsgərinin ölümü, 9-nunsa yaralanması barədə Azərbaycan tərəfinin məlumatını təkzib edir.

Amma nazirliyin mətbuat xidməti bundan əvvəl AzadlıqRadiosunun Ermənistan xidmətinə Dağlıq Qarabağda 2 əsgərin yaralandığını və Yerevandakı hərbi hispitala götürüldüklərini bildirib.

O, yaralı əsgərlərin vəziyyətinin stabil-ağır olduğunu bildirib.

Bunlar 19 yaşlı əsgər Karapet Mikaelyan və 24 yaşlı müqavilə ilə xidmət edən hərbçi Kacik Badalyandır.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsurun Ovannisyan AzadlıqRadosunun erməni xidmətinə müsahibəsində cəbhə xəttində vəziyyətin gərgin olduğunu deyib.

Qondarma Dağlıq Qarabağ rəhbərinin sözçüsü David Babayansa vəziyyətin sabit olduğunu və elə bir fövqəladə hal baş vermədiyini deyib.

Mənbə qeyd edir ki, dekabrın 29-u, noyabrın 1- arası Ermənistan əsgərlərinin yaralanması barədə mlumat verilməyib.

Ermənistanın müdafiə nazirliyi isə hələlik əsgərlərin hansı şəraitdə yaralanmasına aydınlıq gətirməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG