Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Rusiyalı Oksana Sevastidi vətənə xəyanət ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

İttihama görə o, 2008-ci ilin yayında Gürcüstanla müharibə ərəfəsində tanışına, Rusiyadan Abaxaziyaya hərbi texnika aparan qatar barədə SMS göndərib.

Bu barədə “Meduza” portalına Oksananın vəkili İvan Pavlov məlumat verib.

Krasnodar diyar məhkəməsi Oksana barəsində hələ 2016-cı ilin martında hökm çıxarsa da buvaxtadək bu barədə məlumat verilməyib.

2014-cü ilin noyabrında isə eyni ittihamla Soçi sakini Yekatrina Xarebava mühakimə olunub.

O, Gürcüstanın hərbi nümayəndəsinə məxfi məlumat ötürmə ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi, onun Abxaziyaya Rusiya texnikası göndərilməsi barədə dostuna SMS göndərməsinin casusluq olmadığını təkid edir.

“Memorial” hüquq müdafiə mərkəzi Xarebavanı siyasi məhbus kimi tanıyıb.

“Meduza” portalının yazdığına görə, Sevastidi ilə Xarebavanın işinə Vladimir Kobzev adlı eyni hakim baxıb.

2015-ci ilin yanvarında Vyazmadan olan çoxuşaqlı ana Svetlana Davıdovaya qarşı qaldırılmış cinayət işi də təxmin Xarebevanın işi ilə eynidir.

O da dövlətə xəyanaətdə ittiham olunur.

İstintaqın gəldiyi qənaətə görə, Davıdova 2014-cü ilin aprelində Ukrayna səfirliyinə zəng edərək bildirib ki, Vyazmadakı hərbi hissədən Donbasa hərbi qulluqçular göndərilə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG