Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

Milli Yaradıcılıq Akademiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Süleymanovun vəfat etdiyi bildirilir.

APA-nın xəbərinə görə, akademiklə vida mərasimi bu gün, dekabrın 2-si saat 14:00-da Bakıda olacaq.

Akademik səhhətində yaranan problemlərlə bağlı uzun müddət idi ki, Türkiyədə müalicə olunurdu.

N.Süleymanov 1945-ci il oktyabrın 25-i indiki Hacıqabul rayonunda doğulub. O, 202 elmi əsərin müəllifidir.

N.Süleymanov iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub.

O, 1992-ci ildə Müstəqil Azərbaycan Partiyasını (MAP) təsis edib və onun sədri idi. 2000-ci ildən sonra isə siyasi həyatdan kənarlaşmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG