Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46

Rusiya və Türkiyə Suriyada döyüşlərin dayandırılmasının zəruriliyini bilir, ancaq bəzi məsələlərdə fikir ayrılığı qalır. Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu rusiyalı həmkarı Sergei Lavrov-la keçirdiyi mətbuat konfransında deyib.

S.Lavrov dünən-dekabrın 1-də Alaniyada olub. Nazirlər Suriyadakı münaqişəni müzakirə ediblər. «Suriyanın hər yerində, xüsusilə də Hələbdə atəşkəsə nail olmalıyıq», - deyən M.Çavuşoğlu Ankarayla Moskvanın atəşkəs, humanitar yardım, siyasi dəyişikliklərlə bağlı eyni fikirdə olduğunu, amma Türkiyənin Suriya prezidenti Bashar al-Assad-la bağlı mövqeyinin dəyişmədiyini söyləyib.

S.Lavrov isə Türkiyəylə əməkdaşlığa, Suriyada qan tökülməsinin qarşısını almağa, bundan ötrü bütün tərəflərlə danışığa hazır olduqlarını bildirib, eyni zamanda Hələbdə əməliyyatları davam etdirəcəklərini vurğulayıb.

Türkiyə Suriyada hökumətlə savaşan qiyamçıların tərəfindədir. Rusiya isə rejimin əsas müttəfiqidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG