Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:19

Azərbaycanlı yazarın Almaniyada kitabı çıxıb


Vüqar Dəmirbəylinin almanca kitabının üz qabığı.
Vüqar Dəmirbəylinin almanca kitabının üz qabığı.

2016-cı il noyabr ayının əvvəlində Frankfurtun Größen Wahn nəşriyyatında Vüqar Dəmirbəylinin (Aslanovun) “Məilk Məmmədin başına gəlmiş inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” (Die unglaubliche Geschichte von Malik Mammad und andere aserbaidschanische Märchen) kitabı "Groessen Wahn" nəşriyyatında çapdan çıxıb.

Buna da bax: Frankfurt kitab sərgisi Azərbaycanlı yazarın gözü ilə

Kitabda müəllifin Azərbaycan nağıllarının motivləri əsasında alman dilində yazmış olduğu 11 hekayə toplanıb. Bununla alman oxucuları “Məlik Məmməd”, “İsgəndərin buynuzu var, buynuzu...”, “Qırxıncı otaq”, “Qız qalası” kimi Azərbaycan nağıllarının bədiiləşdirilmiş mətnləri ilə tanış olmaq imkanı qazanmışlar. “Şah Abbas və Vəzir Allahverdi xan” silsiləsindən isə kitabda üç hekayə təqdim olunub. Burada Şah Abbas haqqında Azərbaycan Səfəvilər dövlətinin ən mühüm hökmdarlarından biri kimi danışılır. Kitabda toplanmış nağıl-hekayələr Azərbaycanın müxtəlif şəhərlərində - Bakıda, Şamaxıda, Təbrizdə, Marağada, Ərdəbildə cərəyan edir, Şirvan və Qarabağ kimi qədim Azərbaycan vilayətlərindən söhbət açılır.

Kitab Azərbaycan tarixi və mədəniyyətinin alman dilli məkanda daha da tanınmasına kömək edəcək.

Kitaba illüstrasiyaları Almaniyada yaşayan azərbaycanlı rəssam Vüsal Rain (Əhmədov) çəkib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG